XƏBƏRLƏR
MƏLUMAT
BRICS-in mədəni proqramı çərçivəsində Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş sənədli film göstərilib
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2024 16:48

Kazanda keçirilən BRICS sammitinin mədəni proqramına daxil olan milli filmlərin nümayişi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” sənədli filmi nümayiş etdirilib.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, “Mir” kinoteatrında Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun “ADM-JACK” kinoşirkətinin istehsalı olan sənədli film nümayiş etdirilib. Ekran əsəri böyük şəxsiyyətlərin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edir.

Nümayişdən əvvəl filmin müəllifi və rejissoru Q.Naxapetov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, film Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilib.

Baxış sayı: 239