XƏBƏRLƏR
MƏLUMAT
"Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2025 10:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş "Böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib.

Tədbirdə Aprel döyüşləri iştiraçkıları, şəhid anaları və qazilər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin tarixi əhəmiyyəti, Azərbaycan  Ordusunun gücü, qüdrəti haqqında danışılıb. Doqquz il əvvəl Lələtəpə yüksəkliyində qaldırılan üçrəngli bayrağımızın  işğaldan azad olunmuş bütün topaqlarımızda dalğalanmasından hər bir azərbaycanlının sonsuz qürur duyduğu vurğulanıb.

Baxış sayı: 79