XƏBƏRLƏR
MƏLUMAT
“Böyük ömrün anıları” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/04/2025 18:53

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkiatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Böyük ömrün anıları” adlı tədbir keçirilib.

Tədbirdə Əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə çıxış edərək bildirib ki, Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynayıb. Onun dolğun və rəngarəng obrazlar yaratdığını, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri olduğunu vurğulayıb.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə "Aysel" rəqs qrupu, gənc ifaçılar çıxış ediblər.

Baxış sayı: 48