XƏBƏRLƏR
MƏLUMAT
Bolqarıstanda Azərbaycan kinosu gecəsi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/01/2025 14:40

Bolqarıstanın paytaxtı Sofiyada 17-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi təşkil olunub. Bolqarıstandakı səfirliyimizin  təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim olunmuş bədii film, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş edilib.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin həm qəmli, həm də şanlı səhifəsi olduğunu söyləyib. Sovet imperiyasının xalqımızın istiqlaliyyət iradəsini qıra bilmədiyini diqqətə çatdıran səfir 20 Yanvar hadisələrinin Azərbaycanın milli müstəqilliyinə qovuşduran yol olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin cəsarətli siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə zəruri siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.

Tədbirdə Bolqarıstanın dövlət rəsmiləri, yerli ictimai-siyasi, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

 

Baxış sayı: 30