XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 10:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bu günün qanlı tarixindən danışaraq Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd ediblər.

Daha sonra Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən A.Qurbanov adına Xalq teatrının və Poeziya dərnəyinin üzvlərinin ifasında əbədi-bədii kompozisiya təqdim edilib.   

Baxış sayı: 135