XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evində dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2024 10:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıblar.

Sonda mədəniyyət evinin “Poeziya” dərnəyinin üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Baxış sayı: 265