XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evi Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 17:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi Mərkəzi Mədəniyyət Evi “N” saylı hərbi hissədə Zəfər Gününə həsr olunmuş  konsert proqramı təşkil edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığı diqqətə çatdırılıb.

Konsert proqramında Ağadadaş Qurbanov adına Xalq teatrının üzvləri, “Pöhrə” rəqs qrupu və bir çox başqa tanınmış müğənnilər çıxış ediblər.

 

Baxış sayı: 411