XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Muğam Mərkəzində musiqi gecəsi
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2024 15:53

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Qara Qarayevin və Fərəc Qarayevin yaradıcılıqlarına həsr olunmuş “Bir məhəllədən iki oğlan” adlı musiqi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti, bəstəkar, professor Ülviyyə Hacıbəyovanın və bəstəkar, Bakı Musiqi Akademiyasının (BMA) dosenti Aliyyə Məmmədovanın sənətkarlar haqqında müsahibələri, görkəmli bəstəkarlar haqqında çəkilmiş filmlərdən parçalar və videoçarxlar nümayiş olunub.

Musiqi gecəsində məktəbin kamera ansamblı, simli kvinteti, xalq çalğı alətləri ansamblı, müəllim və şagirdləri bəstəkarın əsərlərini səsləndiriblər.

 

Baxış sayı: 254