XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2023 13:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Badamdar qəsəbə Mədəniyyət Evində 3 dekabr-Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Beynəlxalq Əlillər gününün tarixindən, dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıblar.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin "Bakı" ritm qrupu, “Nur” Daun sindromlu uşaqların idmana və cəmiyyətə inteqrasiyası ictimai birliyin uşaqları rəqslər təqdim edib, 236 nömrəli tam orta məktəbin şagirdləri və gənc müğənnilərin  ifasında isə musiqi nömrələri, şeirlər səsləndirilib. 

Baxış sayı: 289