XƏBƏRLƏR
MƏLUMAT
“Bəşəriyyətin faciəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 10:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş “Bəşəriyyətin faciəsi” adlı tədbir keçirilib. 

İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.

Daha sonra musiqi məktəbinin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş musiqilər səsləndirilib.

Baxış sayı: 103