XƏBƏRLƏR
MƏLUMAT
"Bəşəriyyətin bəlası-Narkomaniya"adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 14:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 4 №li kitabxana filialı birlikdə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "Bəşəriyyətin bəlası-Narkomaniya"adlı tədbir keçirib.

Tədbirdə 19 Nömrəli Uşaq Poliklinikasının əməkdaşı və 61 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. 

Tədbirin sonunda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 272