XƏBƏRLƏR
MƏLUMAT
“Bəşəriyyət tarixinin qanlı faciəsi-31 mart soyqırımı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 14:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Bəşəriyyət  tarixinin qanlı faciəsi - 31 mart soyqırımı” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatlar diqqətə çatdırılıb. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və 31 Mart - Azərbaycanlıların soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsindəki rolundan danışıblar. 

Sonda 31 mart - Azərbaycanlıların soyqırımı tarixindən bəhs edən film nümayiş olunub.

Baxış sayı: 284