XƏBƏRLƏR
MƏLUMAT
“Bayram gəlir elimə” adlı şənlik keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2025 12:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Qızıldaş qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə “Bayram gəlir elimə” adlı Novruz şənliyi keçirilib.

Çıxış edənlər bayram münasibətilə qonaqları təbrik edib, bu bayramın ölkəmizdə təntənəli şəkildə qeyd olunmasını vurğulayıblar.

Tədbirdə "Səbinə" rəqs qrupu və gənc ifaçılar çıxış ediblər.

Novruzun əsas personajları olan Kosa və Keçəlin iştirakı, Bahar qızının çıxışı şənlik iştirakçılarının marağına səbəb olub.

Sonda isə Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb.

Baxış sayı: 67