XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2025 14:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər.

Yasamal rayon Heydər Əliyev Mərkəzini Böyük Britaniyalı turistlər ziyarət edib, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin isə Türkiyə vətəndaşı qonağı olub.

Ekspozisiya zalında qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Onlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanın tarixi, Vətən müharibəsində qazanılmış tarixi qələbəmiz haqqında ətraflı məlumatlar verilib.

Baxış sayı: 47