XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam etdirilir
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 10:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagird kollektivinin ekskursiyası təşkil edilib.

İlk olaraq iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları qonaqlara Ümummilli liderin ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar veriblər.

Ekskursiya zamanı Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçirilib. Yasamal rayon Heydər Əliyev Mərkəzində isə “Müasir Azərbaycanın qurucusu - Heydər Əliyev” adlı mühazirə dinlənilib və şagirdlərə Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən film nümayiş etdirilib.

Baxış sayı: 189