XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2025 11:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə 53 nömrəli tam orta məktəbin şagirdlərinin, Qaradağ rayon Heydər Əliyev Mərkəzinə isə "Çiçək" uşaq bağçasının ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı qonaqlar Mərkəzin ekspozisiya zalları ilə tanış olublar. Onlara Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən foto–sərgi ilə tanış olublar. Qaradağ rayon Heydər Əliyev Mərkəzində uşaqlara cizgi filmi nümayiş olunub.

Baxış sayı: 101