XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə izləyiciləri Əməkdar incəsənət xadimi Aydın Kazımzadə ilə kino səyahətinə dəvət edir
ÜMÜMİ XƏBƏRLƏR
26/06/2020 00:29

Azərbaycan kinosunun canlı ensiklopediyası, tanınmış jurnalist və kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydin Kazımzadə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekol çağırışına qoşularaq iyunun 29-u saat 15.00-da canlı efirdə izləyiciləri maraqlı bir kino səyahətinə dəvət edəcək.

Azərbaycan kinosunun təşəkkülü, korifey sənətkarlar, kadrarxası hadisələr və bir filmin araya-ərsəyə gəlməsi üçün keçilən məşəqqətli yollar, milli kinomuzun janr müxtəlifliyi və problemləri ətrafında söhbətə siz də qoşula və Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “instagram” səhifəsindən hörmətli Aydın müəllimə suallarınızı ünvanlaya bilərsiniz.

Baxış sayı: 1080