XƏBƏRLƏR
MƏLUMAT
Balaca skripkaçı Lalə Bəhramlının "Napolinova" I Dünya Skripka Elektron Yarışmasında böyük uğuru
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2020 05:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin 7 illik təhsil üzrə I sinif şagirdi Lalə Bəhramlı İtaliyada keçirilən "Napolinova" I Dünya Skripka Elektron Yarışması Beynəlxalq onlayn müsabiqəsində iştirak edərək sertifikatla təltif olunub. Lalənin müəllimi Rufət Manafov, konsertmeyster isə Elmira Mehtiyevadır.

Bu, balaca istedad – Lalə Bəhramlınıniştirak etdiyi müsabiqədə ikinci uğurudur. Lalə ilk uğurunu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən, 9 May - Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş "Qələbə günü" adlı I Onlayn Festival Müsabiqəsində iştirak edərək “Simli alətlər” nominasiyası üzrə II yerə layiq görülərkən qazanıb.

Gənc və istedadlı skripka ifaçısı Lalə Bəhramlını, onun müəllimlərini və valideynlərini, eyni zamanda çətin şəraitdə vəzifələrini vicdanla yerinə yetirərək şagirdlərinin istedadlarını inkişaf etdirən musiqi məktəbinin kollektivini təbrik edir və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Baxış sayı: 1036