XƏBƏRLƏR
MƏLUMAT
“Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2023 14:34

Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

AZƏRTAC Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə istinadla xəbər verir ki, “Balaban sənətkarlığı və ifaçılıq sənəti” nominasiyasının qəbulu zamanı ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, faylın yekdil qəbuluna görə Komitə üzvlərinə təşəkkürünü bildirib.

Balaban sənətkarlıq və ifaçılıq sənətinin əsrlər boyu Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin bir parçası olduğunu deyən natiq ölkəmizdə bu qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kasane

Baxış sayı: 218