XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində Nurziya Xəlilovanın fərdi sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 09:19

Bakıdakı Rus evinin fotoklub layihəsi çərçivəsində Nurziya Xəlilovanın “Gəl. Əbədi nağıl göstərəcəyəm” adlı fərdi fotosərgisinin açılışı olub.

AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sərgi Sankt-Peterburqa və Leninqrad vilayətinə həsr edilib.

“Mövzuya köklənmə həddinə yüksələ bilmək heç də təəccüblü görünməməlidir, çünki fotoşəkillərin müəllifinin ixtisası məhz landşaft memarlığıdır”, - məlumatda bildirilib.

Nurziya Xəlilovanın landşaftlarla işləmək qabiliyyətinin özəlliyini sərginin qonaqlarından biri, peşəkar fotoqraf Rüstəm Hüseynov da qeyd edib.

Sərgiyə gələn tamaşaçılar təqdim olunan fotoşəkillərə böyük maraq göstəriblər.

Baxış sayı: 167