XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2024 09:20

Bakıdakı Rus evində rus klassik musiqisinin banisi Mixail Qlinkanın anadan olmasının 220 illiyinə həsr olunmuş bayram konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakıda Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən təşkil olunub.

Tədbirdə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina çıxış edərək bəstəkarın yaradıcılığının və həyatının maraqlı faktları barədə danışıblar.

Foto və video təqdimat bəstəkarın bənzərsiz şəxsiyyəti haqqında məlumatları tamamlayıb.

Daha sonra tədbir bəstəkarının əsərlərinin səsləndirilməsi ilə davam edib.

Baxış sayı: 115