XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində Aleksandra Azima Reynhardtın “Marqaret” kitabının təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
01/08/2024 09:48

AZƏRTAC xəbər verir ki, “Marqaret” rəssam Nikolay və sənətşünas Marqaretin sevgisindən bəhs edən romandır.

“Kitabda sevgi sadəcə bir hiss kimi deyil, qəhrəmanların “ruhları, bədənləri və ağılları arasındakı əlaqənin anatomiyası” kimi təqdim edilir”, - deyə müəllif bildirib.

Azərbaycanda mədəniyyət elminin banisi, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov A.A Reynhardtı “Mədəniyyət səfiri” nominasiyası üzrə “Simurq” diplomu ilə təltif edib.

Aleksandra Azima Reynhardt (Zulalova) Almaniyada yaşayan və rus dilində yazan azərbaycanlı yazıçıdır. O, Şimali Amerika Yazıçılar Birliyinin, Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. 2007-ci ildən Almaniya, Rusiya və Azərbaycanda filialları olan “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisidir.

Baxış sayı: 148