XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2025 17:33

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən “Şən Hazırcavablar” Yunior Liqası Festivalı məktəblilər arasında həm yumor, həm səhnə mədəniyyəti, həm də dostluq ruhunu bir araya gətirib.

Festivalda iştirak edən  məktəblər arasında münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib:

I Yer –17 nömrəli məktəb

II Yer – 18 və 6 nömrəli məktəblər

III Yer – 193 və 189-190 nömrəli məktəblər

Xüsusi mükafatlar:

Ən yaxşı konfransye – 7 nömrəli məktəbdən Cəfərli Banu

Ən gülməli musiqili nömrə – 160 nömrəli məktəb Qurbanbekov Mikayıl

Gələcəyin ulduzu – 160 nömrəli məktəbdən Mirzəliyev Kənan

Ən yaxşı aktyor – 17 nömrəli məktəbdən Həsənov Orxan

Ən yaxşı aktrisa – 17 nömrəli məktəbdən Namazova Fatimə

Tamaşaçıların sevimlisi – 160 nömrəli məktəb

Festivalın Tapıntısı:

21-ci əsr komandası

200 nömrəli məktəb

Qeyd edək ki, liqanın bədii rəhbəri Səməndər Rzayev, direktoru isə Cavid Şahbazbəyovdur. Festival möhtəşəm atmosferi və iştirakçıların yüksək performansları ilə yadda qaldı.

“Şən Hazırcavablar” Yunior Liqası gələn mövsüm daha da genişlənəcək və yeni məktəbləri səhnəyə cəlb edəcək.

Baxış sayı: 46