XƏBƏRLƏR
MƏLUMAT
Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2025 12:49

Mayın 24-də Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Elmlər Akademiyasının parkında reallaşacaq festivalın hər günü bir ölkəyə - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq.

Festival mayın 31-dək davam edəcək.

Baxış sayı: 34