XƏBƏRLƏR
MƏLUMAT
Bakıda heykəltaraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması işləri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
01/08/2024 10:34

Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və abadlaşdırılması layihəsi çərçivəsində növbəti təmizləmə-abadlıq işləri davam edir. Növbəti təmizləmə-abadlıq işləri Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə 1981-ci ildə Bakıda ucaldılmış abidə üzərində aparılıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda Zorge abidəsi üzərində yüksəktəzyiqli su püskürmə üsulu ilə təmizləmə işləri yekunlaşıb.

Qeyd edək ki, abidənin müəllifləri heykəltaraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Abidənin quruluşu qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulub. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilib. Müəllif kəşfiyyatçının gözlərinə xüsusi diqqət verib.

Baxış sayı: 212