XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/02/2025 09:23

Nizami Kino Mərkəzində “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya filmləri nümayiş olunub.

Həmçinin britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyub.

Festival “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunub, “British Council” tərəfindən dəstəklənib. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.

Baxış sayı: 89