XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı "ZəhriMar" tamaşasının ilk nümayişini keçirib
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2022 08:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa nümayiş olunub. Maarifləndirici xarakter daşıyan tamaşanın premyerası Bakı Gənclər Mərkəzində baş tutub.

Asif Kəngərlinin eyniadlı əsəri əsasında hazırlanmış "ZəhriMar" tamaşasının rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltandır.

Siqaretin zərərlərindən danışan tamaşa yeni üslubda hazırlanıb.

Tamaşada rolları İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Mehman Piriyev, Rauf Huseynli, Niyaz Novruzov, Sənan Fərzəliyev, Natiq Fərzəliyev, Ədalət Ağaverdiyev, Qurban Əhmədov, Orxan Məmmədov, Toğrul İsabəyli, Türkan Şahmarlı, Gülnar Əlizadə və Aytən Səfərova ifa ediblər. 

Fərqli rejissor həlli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Baxış sayı: 491