XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı “Qarınqulu ayı” tamaşasını təqdim edir
ÜMÜMİ XƏBƏRLƏR
17/02/2022 07:03

Fevralın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Vüqar Haqverdiyevin əsəri əsasında uşaqlar üçün hazırlanmış “Qarınqulu ayı” tamaşasını təqdim edəcək.

Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltandır.

Tamaşada rolları Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova, Türkan Şahmarlı, Gülnar Əlizadə, Aytən Səfərova, Niyaz Novruzov, Röyal Allahverdiyev, Toğrul İsabəyli, Emin Balayev və Orxan Məmmədov ifa edirlər.

Tamaşa Qurban Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunacaq.

Baxış sayı: 447