XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrında "ZəhriMar" tamaşasının ilk nümayişi olacaq
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2022 06:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrında yeni tamaşa nümayiş olunacaq. 

Premyera 6 mart saat 16:00-da Bakı Gənclər Mərkəzində keçiriləcək.

Asif Kəngərlinin eyniadlı əsəri əsasında hazırlanmış "ZəhriMar" tamaşasının rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltandır.

Tamaşa maarifləndirici xarakter daşıyır. Siqaretin zərərlərindən danışan tamaşa yeni üslubda hazırlanıb.

Rolları İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Mehman Piriyev, Rauf Huseynli, Niyaz Novruzov, Sənan Fərzəliyev, Natiq Fərzəliyev, Ədalət Ağaverdiyev, Qurban Əhmədov, Orxan Məmmədov, Toğrul İsabəyli, Türkan Şahmarlı, Gülnar Əlizadə və Aytən Səfərova ifa edirlər.

Baxış sayı: 455