XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrında yeni premyera - “Xəzinələr adası”
ÜMÜMİ XƏBƏRLƏR
22/06/2022 07:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrında türk yazarı A.Ercan Tulunayın  əsəri əsasında Sərdar Gözəlovun quruluşunda “Xəzinələr adası”  tamaşasının premyerası keçirilib.

Hər il Bakı Uşaq və Gənclər Teatrı mövsüm bağlanışını iki tamaşa ilə - bir uşaq və bir böyük tamaşası ilə həyata keçirir.  Azərbaycan Dövlət Kukla Teatrında baş tutan premyera həm də teatr mövsünün bağlanış uşaq tamaşasıdır.

Balaca, dəcəl qızcığaz Maviş yazıçı olmaq istəyir.  Tamaşada balaca dostlarımıza “hər kəs öz taleyinin yazarıdır” fikri aşılanır. Tamaşa boyu uşaqlara maarifləndirici mesajlar verilir.

Tamaşada rolları Gülər Ləzgiyeva, Könül Şahbazova, Türkan Şahmarlı, Ayt5ən Səfərova, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Gülnar Əlizadə, Toğrul İsabəyli, Orxan Məmmədov, Emin Balayev ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyinə və kollektivinə tamaşanın nümayişi üçün göstərdiyi əvəzsiz dəstəyə görə təşəkkürümüzü bildiririk.

Baxış sayı: 459