XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrının kollektivi rəsmi məzuniyyətdən geri dönüb
ÜMÜMİ XƏBƏRLƏR
04/09/2020 05:16

Yeni  mövsümə başlayan Bakı Uşaq və Gənclər Teatrı bununla əlaqədar olaraq videtoplantı  keçirib. 

Kollektivi yeni mövsüm münasibətilə təbrik edən teatrın direktoru, bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan yeni tamaşalar, layihələr, teatrın gələcək planları haqqında müzakirə aparıb, müəyyən tapşırıqlar verib. İntiqam Soltan bundan sonra da Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirib, o cümlədən yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, hər bir aktyoru öz üzərində çalışmağa, yarımçıq qalan tamaşaların  məşqlərini onlayn şəkildə həyata keçirməyə davam etməyə, karantin bitdikdən sonra dərhal teatrın həyata keçirəcəyi yeni  layihələrə hazır olmağa çağırıb.

Baxış sayı: 670