XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrının direktoru Əməkdar artist İntiqam Soltan Respublikanın Xalq artisti Rza Xudiyevlə görüşüb
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2022 00:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar artisti İntiqam Soltan  Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Respublikanın Xalq artisti Rza Xudiyevlə görüşüb.

Görüşdə "İki teatr, bir tamaşa" layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi söhbət əsnasında keçən görüşdə layihə çərçivəsində həyata keçiriləcək tədbirlər və gələcək planlar müzakirə edilib, yaradıcılıq mübadiləsi aparılıb.

 

Baxış sayı: 360