XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı festival keçirir
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2021 04:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

Festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək. Aktyorlar tərəfindən təqdim olunan materiallar 2021-ci il mart ayının 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının “YouTube” kanalında yerləşdiriləcək.

Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır.

Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

Baxış sayı: 455