XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 10:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub.

Səfər zamanı teatr 2 tamaşa ilə çıxış edib. Böyüklər üçün fransız yazarı Raffi Şartın "Arvadım olun", uşaqlar üçün isə "Ağıllı Tülkü" tamaşaları nümayiş olunub.

"Arvadım olun" tamasanın rejissoru Elşən Zeynallı, "Ağıllı Tülkü" tamaşasının  rejissoru isə Əməkdar artist İntiqam Soltandır.

Baxış sayı: 122