XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı Bakı Reabilitasiya Mərkəzində olan qazilərimiz üçün tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2021 01:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Beynəlxalq Əlillər Günü münasibətilə Bakı Reabilitasiya Mərkəzində olan qazilərimiz üçün tədbir təşkil edib.

Tədbirdə Əfruz Əliyeva, Ədalət Ağaverdiyev, Yusif ifasında musiqi nömrələri və teatrın repertuarında öz fəxri yerini tutan “Vətən” tamaşası nümayiş olunub.

“Vətən” tamaşası Azərbaycanın Dövlət himninə və bayrağına həsr olunub. Dövlət atributlarına, Azərbaycanın tarixinə və keçdiyi şərəfli mübarizə yoluna hörmət, vətənpərvərlik hissləri aşılayıb.

Tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədov ifa ediblər

Baxış sayı: 420