XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı “20 il - 20 000 addım” adlı tədbir keçirəcək
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2022 05:34

Bu il Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının yaranmasının 20 ili tamam olur. Bu münasibətlə Teatrın kollektivi “20 il - 20 000 addım” adlı yürüş-marafon keçirəcək

Tədbir mayın 14-ü saat 15:00-da teatrın yerləşdiyi K.İsmayılov küçəsi, 18 ünvanından başlayaraq  Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda Ulu Öndər Heydər Əliyevin heykəlini ziyarət etməklə davam edəcək və həmin parkda yerləşən səhnədə şou- proqramın təqdimatı ilə yekunlaşacaq.

Baxış sayı: 544