XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2019 16:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir.Türkiyənin Amasiya şəhərində Qaradəniz Teatrlar Birliyinin və Amasiya Universtitetinin təşkilatçılığı ilə “7-ci Tiyatro Köyü Eğitim Kampı” adlı tədbir keçirilir. Təlim düşərgəsində Türkiyənin hər yerindən 30-dan çox teatrı əhatə edən 150-yə yaxın iştirakçı var. Geniş teatr bayramı formatında gerçəkləşən düşərgədə iştirakçılar 8 müxtəlif istiqamətdə teatr təlimləri alırlar. Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Respublikanın Əməkdar artisti İntiqam Soltan bu düşərgədə uşaq tamaşalarının hazırlanması ilə bağlı, teatrın ədəbi-hissə müdiri Arzu Soltan isə Forum teatrı ilə bağlı təlimlər verir. Teatrın aktyoru Rauf Hüseynli də assistent olaraq yaradıcılıq emalatxanalarında iştirak edir. Azərbaycan Dövlət Gəncə Kukla Teatrının heyəti də öz tamaşaları, kukla hazırlamaq və oynatmaqla bağlı təlimləri ilə Amasiyadadırlar.

İyulun 4-də geniş teatr yürüşü ilə başlayan düşərgə ayın 7-nə qədər davam edəcək. Amasiya Bələdiyyə Başkanlığının dəstəyi ilə keçirilən tədbir günlərində iştirakçılar şəhərdə muzeyləri və başqa mədəniyyət ocaqlarını ödənişsiz ziyarət edirlər.

Baxış sayı: 8627