XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrında “Sehrli tütək” adlı nağıl-tamaşa nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2019 11:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrında yeni tamaşaya daxili baxış keçirilib.

“Sehrli tütək” adlı nağıl-tamaşaya ictimai baxış isə iyulun 22-də saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına Mədəniyyət Sarayında olacaq.

Maarif Məmmədovun Azərbaycan xalq nağılı əsasında ssenariləşdirdiyi, İntiqam Soltanın quruluş verdiyi tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Nicat Əhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Baxış sayı: 85908