XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrı bayram şənliyi keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/01/2020 00:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının rusdilli uşaqlardan ibarət "Günay" studiyası Rəşid Behbudov adına Mahnı Teatrında Şaxta baba, Qar qız, məşhur pişiklər Leopold, Basilio və Tom ilə birlikdə parlaq, rəngarəng bayram şənliyi keçirib.

2020-ci ilin rəmzləri Mickey, Mini Mouse və digər siçanlarla birlikdə əsl "ulduz" konserti baş tutub.

Dekabr ayında Moskvada keçirilən "Millətin Qızılı" Beynəlxalq Festival-Müsabiqəsində müxtəlif nominasiyalarda diplomlar qazanan 20 laureat öz mahnıları, rəqsləri və maraqlı səhnəcikləri ilə tamaşaçıları sevindirib.

Tamaşaçılar bir neçə saat ardıcıl davam edən möhtəşəm Yeni il tamaşasını maraqla izləyiblər. Uşaqlar fərqli ifaları ilə hər kəsi heyran edib.

“Günay” studiyasının xoreoqrafı Günəş Talıbova, bədii rəhbəri və rejissoru Larisa Viktorovna Tarusovadır.

Baxış sayı: 4603