XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrı 17-ci mövsümünü iki tamaşa ilə yekunlaşdıracaq
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2019 08:22

16-17 iyul tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı 17-ci teatr mövsümünü iki tamaşa ilə yekunlaşdıracaq.

Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə (böyüklər və uşaqlar üçün) çıxış edir. 17-ci mövsümün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının tamaşa zalında (Aktyor evı, Xaqani küçəsi, 16) balacalar üçün “Sehirli Tütək” (16 iyul saat 12:00-da), böyüklər üçün isə Gənclər və İdman Nazirliyinin sifarişilə hazırlanmış, insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız Günahkarlar” tamaşası (17 iyul saat 19:00-da) nümayiş olunacaq.

İyulun 17-də nümayiş olunacaq tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri “Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.

Baxış sayı: 32731