XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 13:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin dahada səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.

Diplomlar

“Ən yaxşı tamaşa” 1-ci dərəcəli Diplom – Ramana qəsəbə Mədəniyyət evi, “Dəli yığıncağı”;

“Ən yaxşı tamaşa” 2-ci dərəcəli Diplom – Mərdəkan Mədəniyyət Sarayı, “Dəlinin qeydləri”;

“Ən yaxşı tamaşa” 3-cü dərəcəli Diplom – H.Abbasov adına Mədəniyyət Mərkəzi, “Göyərçin dili”;

“Ən yaxşı səhnə tərtibatı” 1-ci dərəcəli Diplom – H.Sarabski adına Mədəniyyət evi, “Qönçənin arzuları”;

“Ən yaxşı səhnə tərtibatı” 2-ci dərəcəli Diplom – Mərdəkan Mədəniyyət Sarayı, “Dəlinin qeydləri”;

“Ən yaxşı səhnə tərtibatı” 3-cü dərəcəli Diplom – R.Axundov adına Mədəniyyət evi, “Bir salama dəymədi”.

Festivalın əsas qalibləri ilə yanaşı Münsiflər heyətinin yekdil rəyinə əsasən nominasiyalar üzrə qaliblərin, əlavə mükafata layiq görülən iştirakçıların siyahısı aşağıdakı kimidir:

 Nominasiyalar üzrə

Ən yaxşı kişi rolunun ifaçısı – Canəli Seyran oğlu Canəliyev, “Dəli yığıncağı”, Ramana qəsəbə Mədəniyyət evi;

Ən yaxşı qadın rolunun ifaçısı – Lalə Arif qızı Hadıyeva, “Göyərçin dili”, H.Abbasov adına Mədəniyyət Mərkəzi;

Ən yaxşı uşaq rolunun ifaçısı – Nurcan Hikmət qızı Qasımzadə, “Mənim dostlarım”, Şüvəlan qəsəbə Mədəniyyət evi;

Ən yaxşı rejissor işi – Ağasəlim Bərxuda oğlu Feyzullayev, “Dəli yığıncağı”, Ramana qəsəbə Mədəniyyət evi.

 Münsiflər heyətinin Xüsusi Diplomu

“Səhnə vurğunu” – Elgün Eldar oğlu Əliyev, “Yerə-göyə sığmayan”, Nizami adına Mədəniyyət Mərkəzi;

“Səhnəyə məhəbbət” – Əlürvət Kamal oğlu Qayıbov, “O olmasın, bu olsun”, M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi;

“Səhnəyə məhəbbət” – Polad Aqşin oğlu Hüseyinli, “Məni axtarırsız?”, Xətai rayon Mədəniyyət Mərkəzi.

 

Baxış sayı: 30