XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2024 09:45

Oktyabrın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında  dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 125  illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalının mükafatlandırılma mərasimi keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcədə dram dərnəklərinin işinin dahada səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.

Münsiflər heyətinin qərarına əsasən Mərdəkan Mədəniyyət Sarayının Cəlil Məmmədquluzadə adına dram dərnəyinin təqdim etdiyi “Ulduz” tamaşası 1-ci yer, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq teatrının təqdim etdiyi “Dilbər” tamaşası 2-ci yer, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” dram dərnəyinin təqdim etdiyi “Oqtay Eloğlu” tamaşası 3-cü yerə layiq görülüb.

Digər Xalq teatr kollektivləri isə “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı musiqi tərtibatı”, “Ən yaxşı aktyor ansamblı” nominasiyaları üzrə Fəxri Fərmanlara və münsiflər heyətinin xüsusi Diplomlarına layiq görülüblər.

Münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli, Bəhram Osmanov Baş İdarənin Fəxri Fərmanları ilə təltif olunublar.

Baxış sayı: 206