XƏBƏRLƏR
MƏLUMAT
Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/01/2025 09:54

Xəbər verdiyimiz kimi 2025–2026-cı illər ərzində Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə müəllimlərin attestasiyası keçiriləcək.

9-10 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli uşaq incəsənət, A.Məlikov adına 11, M.Maqomayev adına 26, L.və M.Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəbləri, 4, 10, 14, 17 və 27 nömrəli uşaq musiqi məktəblərinin müəllim kollektivi üçün məlumatlandırma sessiyaları keçirilib.

Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru v.i.e. Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.

Sessiya zamanı attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunulub, maarifləndirici söhbətlər aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Baxış sayı: 59