Dekabrın 6-dan 10-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı” Müəllif Mahnıları Klubunun (“Baku” MMK) 50 illik yubileyinə həsr olunmuş ikinci Bakı beynəlxalq festival-görüş keçiriləcək. Festival hazırda Azərbaycandan kənarda yaşayan “Bakı” MMK üzvləri, həmçinin “Bakı” MMK-nın hazırkı prezidenti Cavid İmamverdiyev tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına dörd konsert daxildir: dekabrın 6-da klubun 50 illik yubileyinə həsr olunmuş böyük yubiley konserti, dekabrın 7-də və 9-da bardlar qısa mahnı blokları ilə çıxış edəcəklər, dekabrın 10-da isə festivalın bağlanışı olacaq. Festivalda Gürcüstan, Rusiya, İsrail, ABŞ, Cənubi Afrika və Polşadan bakılı bardlar və “Bakı” MMK üzvləri çıxış edəcəklər.
“Bakı” MMK-nın prezidenti Cavid İmamverdiyev AZƏRTAC -ın müxbiri ilə söhbətində klubun tarixindən danışıb, qarşıdan gələn tədbirin əhəmiyyətini də qeyd edib.
“Bu il Müəllif Mahnıları Klubunun 50 yaşı tamam olur. Bu, unikal yaradıcılıq birliyidir, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - müəllif qeydi) nəzdində həvəskar mahnı klubu kimi yaradılıb. “Bakı” MMK ondan bir qədər sonra ayrılsa da, biz xronologiyamızı ondan başlayırıq. Amma söhbət ondan gedir ki, 50 il əvvəl Bakıda bard hərəkatı başlayıb və 1974-cü ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunda ilk rəsmi bard konserti keçirilib. Klub əvvəlcə Sovet İttifaqında yaxşı tanınan çox parlaq, güclü müəlliflərdən - İbrahim İmaməliyev, Yakov Koqan, Aleksandr Baryudindən ibarət idi. Bir qədər sonra kluba heyrətamiz müəlliflər - Vladimir Rəhimov, Çingiz Bahadov, David Novoqrudski, Aleksandr Markman və Bakı müəllif məktəbini həqiqətən də tərənnüm edən bir çox başqa istedadlı müəlliflər gəldilər. Mən kluba 1988-ci ildə qoşulmuşam və o vaxtdan bütün həyatım bu klubla bağlıdır. 1997-ci ildə mən klubun prezidenti oldum. Düz 20 il əvvəl biz Moskvada klubun 30 illik yubileyinə həsr olunmuş ilk festival-görüş keçirdik. O vaxt Moskvaya dünyanın hər yerindən bakılı müəlliflər gəldilər, biz bir sıra konsertlər verdik. Daha sonra 2007-ci ildən keçirməyə başladığımız Bakı Beynəlxalq Müəllif Mahnısı və Poeziya Festivalı çərçivəsində klubun 35 və 40 illik yubileylərini Bakıda qeyd etdik. Festivalın bu il keçirilməyəcəyi bəlli olanda isə bir çox müəlliflər yenə də öz vəsaitləri hesabına gələcəklərini söylədilər, çünki onlar üçün bu, həyatın vacib hissəsidir. Axı dünyanın müxtəlif yerlərində yaşayan bakılı müəlliflər klubla əlaqələrini kəsməyiblər. Onlar bütün dünyada Bakı bardları kimi çıxış ediblər və çıxış etməkdə davam edirlər. Yəni bizim klub yəqin ki, Sovet İttifaqı dağılandan sonra özünü qoruyub saxlayan yeganə klubdur - biz konsertlər, festivallar, internet konsertlər verməkdə davam edirik. Builki festivala isə altı ölkədən bardlar gələcək. Rəşid Behbudov adına Mahnı Teatrına və sponsor tapmadığım təqdirdə bizə zalı pulsuz verəcəyini bildirən direktor Kazım Qasımova minnətdarlığımı bildirirəm”.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib