XƏBƏRLƏR
MƏLUMAT
Bakı Gənclər Mərkəzinə ekskursiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 02:21

Mayın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ramana qəsəbə Mədəniyyət evinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakı Gənclər Mərkəzinə ekskursiyası təşkil edilib.

Ekskursiyada mədəniyyət evinin əməkdaşları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Ekskursiya zamanı qonaqlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən fotoşəkillər, Heydər Əliyev muzeyi haqqında ətraflı məlumat verilib. 

Sonda Mərkəzin Kino zalında Ulu Öndərə həsr olunmuş "Xalqın adamı" adlı sənədli film nümayiş etdirilib.

Baxış sayı: 300