XƏBƏRLƏR
MƏLUMAT
“Cəhənnəm sakinləri” yenidən Akademik Milli Dram Teatrının səhnəsində
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 14:25

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı mərhum sənətkar, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.

Əsər tragikomediya janrında səhnələşib.

İki hissədən ibarət olan tamaşa1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Baxış sayı: 207