XƏBƏRLƏR
MƏLUMAT
“Bahar nəğməsi” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2025 10:00

Martın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində Novruz bayramına həsr olunmuş “Bahar nəğməsi” adlı konsert keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının ən dəyərli milli bayramlarından olan Novruz bayramının tarixi, adət və ənənələri haqqında məlumat verilib.

Daha sonra məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor, “Kamerton” violinçalanlar ansamblı, sazçalanlar ansamblı çıxış edib. Həmçinin konsertdə şagirdlər bayramla bağlı şeir və haxıştalar səsləndiriblər.

Baxış sayı: 47