XƏBƏRLƏR
MƏLUMAT
"Bahar Möcüzəsi" adlı bayram şənliyi təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/03/2023 02:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzində "Bahar Möcüzəsi" adlı bayram şənliyi təqdim olunub.

Şənlikdə Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəlin maraqlı çıxışları, müxtəlif cizgi film qəhrəmanlarının oyunları və Nizami adına Mədəniyyət Mərkəzinin "Möcüzə" rəqs kollektivinin rəqsləri tədbir iştirakçılarına əsl bayram sevinci yaşadıb.

Baxış sayı: 390