XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət Evində "Neon teatrı"nın ilk tamaşasının premyerası baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2025 16:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət Evində “Neon teatrı”nın ilk tamaşası təqdim olunub.

Tamaşadan öncə “Neon teatrı” haqqında məlumat verilib. Bildirilib ki, teatrın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkərov, rejissoru isə Tural Mustafayevdir.

Daha sonra teatrın aktyor heyətinin iştirakı ilə “Qar Kraliçası” adlı tamaşa məktəblilərə təqdim edilib.

https://youtube.com/shorts/1GieqDGxEcQ?si=1C4XfYlAaTHs8Kq0 

Baxış sayı: 282