XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2024 16:28

Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində Fəxri diploma layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin münsiflər heyətinin prezidenti, professor Viktor Tretyakov, münsifləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk qalibiyyəti deyil. Bundan əvvəl “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutduğu üçün Nyu- Yorkda yerləşən dünyada məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.

Baxış sayı: 144